Gündəm / Hadisə / Dünya / Mədəniyyət

Tanınmış İran kinorejissoru həbsdən çıxıb

Tanınmış İran kinorejissoru həbsdən çıxıb

Bir neçə beynəlxalq mükafatlar laureatı İranlı kinorejissor Cəfər Pənahi azadlığa buraxılıb. Pənahi iki gün aclıq aksiyası keçirdikdən sonra girov qarşılığında sərbəst buraxılıb. Azadlığa buraxıldığı Evin həbsxanasının önündə sevənləri tərəfindən qarşılanıb. Rejissor ötən il İran hakimiyyətinin idarəçiliyinə etiraz etdiyi üçün həbs olunan iki həmkarının haqqını müdafiə etdiyi üçün həbs olunmuşdu.
Eejissorun həyat yoldaşı Tahirə Saedi bu barədə BBC-yə müsahibə verib.

"Kanal14.az" qeyd edir ki, 62 yaşlı kinorejissor Berlin Beynəlxalq Dilm Festifalını ali mükafatı Qızıl Ayı, 2015-ci ildə "Üç üz" filminə görə Kann festifalının ən yaxşı ssenari mükafatınıalıb.

Kanal14.az
Asiman Əsədsoy