Gündəm / Cəmiyyət / Hadisə

Xalqın sağlamlığı ilə "zarafat" edirlər - FOTO

Xalqın sağlamlığı ilə

Kanal14.az: - Bir vaxtlar balaca ərzaq mağazaları var idi. Satılan mallardakı hər hansı bir qüsura görə o mağazanın həm satıcısı, həm sahibi olan bir nəfər şəxs cavabdeh idi.
Vay o günə ki, hansısa məhsulda balaca bir qüsur olardı, yazıq satıcını az qala daşqalaq edərdilər.

Sonra şəbəkə marketlər gəldi, yavaş-yavaş sıxışdırıb onları aradan çıxardı. El demişkən "çörəklərini kəsdi".

Amma, indi həmin şəbəkə marketlərdə hər hansı bir, qüsur oldusa, marketin 10-larla çalışanları öz aralarında o atır bunun üstünə, bu atır onun üstünə, axırda da hamısı toplaşıb suçu atır alıcının öz üstünə. Beləcə alıcı "əli ətəyindən uzun" geri qayıdır.

Alıcıları susdurmağın yollarını əzbər bilən bəzi şəbəkə marketlər bəzən vaxtı keçmiş məhsulları belə çəkinmədən piştaxtalara düzüb, satışını həyata keçirirlər.

Hətta, bəziləri məhsulların üstünə necə gəldi tarix yazılmış məhsulların satışını təşkil edirlər. Halbuki, o məhsulun istehsal tarixi ilə, saxlama müddəti bəlli deyil.

Məsələn "Bolmart" marketlər şəbəkəsindən alınan bu kolbasanın saxlama müddətinin bitəcəyi tarixə diqqət edin.

Xalqın sağlamlığı ilə


"Kanal14.az" bildirir ki, bu foto sosial şəbəkələrdə yayılıb. Şəkildə həmin gülünc tarix və marketin adı aydın görünür.

Qeyd edək ki, bu kimi halların baş verməsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) da böyük məsuliyyət daşıyır.

Bu o deməkdir ki, onlar marketlərdə satılan qida məhsullarının tarixinə və keyfiyyətinə nəzarət etmirlər, edirlərsə belə hansı səviyyədə etdiklərinin bariz nümunəsi göz qabağındadır.

P.S: Qeyd edək ki, "Bolmart" marketlər şəbəkəsinin internet səhifəsində göstərilən (050) 874 09 12 əlaqə nömrəsini aradıqda operator "nömrə təyin edilməmişdir" cavabını cverdi.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Kanal14.az
Jalə Asiman