Gündəm / Hadisə

Sürücü sifariş verilən tortu yolda yedi

Sürücü sifariş verilən tortu yolda yedi

Bu gün Bakıda maraqlı hadisə baş verib.

"Kanal14.az"ın sosial şəbəkələrdən əldə etdiyi məlumata görə, tort bişirib satan bir xanım, bişirdiyi tortu müştəriyə çatdırması üçün, "UBER" taksi şirkətindən, taksi sifariş edib və tortu sürücüyə verərək, alıcının ünvanına göndərib. Lakin, sürücü alıcıya çatdırmalı olduğu tortu yarı yolda yeyib, sifarişçi xanımın əlaqə nömrəsini isə telefonunda bloklayıb.

Xanım ona dəymiş maddi ziyana görə sürücü barəsində polisə şikayət edib.
Taksi şirkəti isə məsələyə ümumiyyətlə heç bir münasibət bildirməyib.

Kanal14.az
Rəna Gözəlova