Gündəm / Dünya

LGBT-ni təhqir etdi, işdən qovuldu

LGBT-ni təhqir etdi, işdən qovuldu

"kanal14.az" bildirir ki, Yaponiyanın baş naziri Fumio Kişida köməkçisini LGBT üzvlərini təhqir etdiyi üçün işdən çıxardıb. BBC-nin məlumatına förə baş nazirin köməkçisi Masayoşi Arai bir çıxışında eyni cinsdən olan insanlarla bir yerdə yaşamaq istəmədiyini, onları görmək istəmədiyini bildirib.

Həmçinin cənab Arai deyib ki, onun ölkəsi eynicinsli nikahlara icazə verməyən tək G7 ölkəsidir. Onun da mənsub olduğu partiya heç vaxt ölkə qanunlarında belə hala yol verməyəcək. Əgər ölkədə eynicinslilərin nikahına icazə verilərsə, əhalinin çoxu ölkəni tərk edəcək. Ayrıca belə bir qanun qüvvəyə minərsə, bu Yaponiyada ailə institutunu ciddi zədələyə bilər. Baxmayaraq ki, ölkədə keçirilən ictimai sorğuda səs çoxluğunun bu qanunu dəstəklədiyi deyilir. Ancaq bütün bunlar sadəcə mediada səslənən fikirlərdir. Gerçəyini yalnız yaponlar bilir.

Kanal14.az
Anarə Əsgərova