Gündəm / Dünya

Çinlilərlə Uyğurlar məcbiri evləndirilir - Yeni müqavilədən yayınma

Çinlilərlə Uyğurlar məcbiri evləndirilir - Yeni müqavilədən yayınma

"Kanal14.az" bildirir ki, zun illərdir ki, Çin hakimiyyəti öz halal torpaqlarında yaşayan Uyğur türklərinin hüquqlarını pozur, fəallıq göstərən insanları tutub həbs düşərgələrinə göndərir, dinc əhaliyə qarşı olduqca kobud və qəddar münasibət bəsləyir.

Onları çinlilər arasına assimliyasiyaya məruz qoymaq, əridib yox etmək üçün son vaxtlar yeni üsul tapıblar: çinlilərlə Uyğur qızlarının evləndirilməsi.

Bu işin könüllü aparılması üçün hər vasitəyə əl atır,şirnikləşdirici tədbirlər görürlər. Uyğur və başqa türk qızları ilə evlənən çinlilərə hər şərait yaradır, pul,ev,maşın və torpaq sahəsi verirlər. Hətta, bu işi daha geniş və sürətli aparmaq, təbliğ etmək üçün onların uşaqlarının yaşayışını,təhsil haqqını öz üzərinə götürür və gələcəkdə evlə təmin edirlər. Lakin, buna baxmayaraq Uyğur türkləri çinlilərlə evliliyə çox pis baxır və imtina edirlər. Əlbəttə, bundan sonra onları çox dəhşətli həbslər və işgəncələr gözləyir.

Kanal14.az
Nərminə Əyyubova