Gündəm / Siyasət / Dünya

Zelenskinin müraciəti

Zelenskinin müraciəti

Kanal14.az: - Hazırda Gürcüstanda həbsdə olan,postsovet məkanında demokratiya, insan azadlığı gətirən və onların rifahı, xoşbəxt həyatı üçün çalışan eks prezident M. Saakaşvilinin sağlıq durumu olduqca pisdir. Bu barədə dəfələrlə yazılsa da heç bir tədbir görülmür və onun vəziyyəti getdikcə ağırlaşır. İnsan hüquqları və onların azadlığı uğrunda mübarizə aparan nüfuzlu beynəlxalq təşkilatların və dünyanın aparıcı qüvvələrinin səsi isə hələ də eşidilmir.

"Kanal14.az" bildirir ki, ölkəsində qanlı,dağıdıcı müharibə gedən Ukrayna Prezidenti Volodimir Zelenski Saakaşvilinin vəziyyətilə bağlı dünya ictimaiyyətinə müraciət edib.

Sitat: "Saakaşvili bütün azadlıq sevənlər üçün bir dəyərdir. Onu qorumalıyıq. Nə qədər gec deyil,biz dərhal hərəkətə keçməliyik. Biz onu etdiklərinə görə yox,onu bir insan olduğu üçün,günahsız olduğu üçün azad edilməsinə nail olmalıyıq... O, hər yanda Putinin terrorçu rejiminə qarşı mübarizə apardığı üçün indi bul haldadır.”

Kanal14.az
Aynur Qasımova