Gündəm / Cəmiyyət / Mədəniyyət

Dəniz Təbrizlinin bir şeiri haqqında

Dəniz Təbrizlinin bir şeiri haqqında

Kanal14.az: - Dəniz Təbrizli! Bu ad yəqinki ,poeziya həvəkarlarına və oxucularımızın çoxuna tanış deyil. Bu da təbiidir,çünki Dəniz xanım Cənubi Azərbaycanda Təbrizdə yaşayır,orda yazıb-yaradır. Dəniz xanımın öz orijinal yaradıcılıq yolu,yaradıcılıq forması,öz dili ,stili olan ,qaranlıqlar içərisində öz nurlu baxışları işıq saçan , insanları düşündürən ,onlara xoş təsir bağışlayan şairdir.Düzünü deyim ki,Dəniz Təbrizli son illər mənim diqqətimi çəkən ,marağıma səbəb olan Cənubi Azərbaycan şairlərindən biridir.Yalnız ona görə yox ki,yenilikçidir,qafiyə xatirinə sözü oynatmır,sözə böyük hörmət və məhəbbətlə yanaşır,onun qədrini bilir,sevir, əzizliyir,onu Ulu Tanrının insanlara bəxş etdiyi möcüzələrdən biri heab edir,həm də ən əsası ona görə ki,fikri,düşüncəsini əsas götürür,onu böyük yaradanın yaratdığı bioloji varlıqlar içərisində insanlara bəxş etdiyi ən böyük dəyər kimi qiymətləndirir.Fikir , düşüncə, idrak Dəniz Təbrizli yaradıcılığının əsas qayəsini təşkil edir və o ,insanları əyləndərməkdən ötəri hisslər və duyğular bəxş etməkdən daha çox düşünməyi təbiət,cəmiyyət yaradılış haqqında , inkişaf qanunları haqqında fikirləşməyi sevir.Bəlkə də bu ilk, tanışlıqdan bəzi oxucularımıza xoş təsir bağışlamaz,onları yorar,incidər,qıcıqlandırar,axıra qədər oxumaqdan çəkindirər,amma mən inanıram ki,müəyyən zaman kəsiyindən sonra onlar bu barədə düşünər , deyilmiş sözləri, ifadələri xatırlayar və söhbətin ,fikrin nədən getdiyinin fərqində olarlar.
Dəniz Təbrizli sosial şəbəkələr vasitəi ilə mənə bir neçə şeir göndərmişdir.Bu poetik nümunələr olduqca maraqlı və düşündürcüdür.Bəlkə də janr seçiminə üstünlük verən bəzi oxucularımız "Yuxu "şeirinin janrını müəyyənləşdirməkdə çətinlik çəkərlər.Bunun üçün bəlkədə müəyyən əsaslar da olabilər. Ancaq mənə elə gəlir ki, bəzi kiçik redaktə ilə "Yuxu”sərbəst şeirin ən gözəl nümunsinə çevrilir.Bildiyimiz kimi sərbəst şeir qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən ,deyək ki,heca sayının sabitliyindən ,izotoniya,izosillabizm və.s azad olan şeir formasıdır.Bu xüsusiyyətlər sərbəst şeirdə forma müxtəlifliyi və fikri ifadə etmək imkanlarını yaradır.Bu mənada "Yuxu”şeiri olduqca maraqlı və düşündürücüdür.Əlbətdə , mənim məqsədim burda janr məsələlərini aydınlaşdırmaq yox , şeir haqqında qısa şəkildə öz fikirlərimi bildirməkdir.
Dəniz Təbrizli "Yuxu” şeirində yazır:
Bir azdan yuxulayacağam,
Bəlkə də son dəfə
Yorğanı başımdan çəkib,
Özlədiklərimə ağlayacağam.
Anam demişdir bir axşam,
Dünya heç nədir,heç nə
Bəlkədə heç nəyin dərinliklərinə
Bu axşam,bu gecə
Ağır yuxular içərsində
Əriyib yox olacağam.
İlk oxunuşda bəlkə də çoxuna adi görünən bu poetik nümunədə çox böyük fəlsəfi mənalar ifadə olunmuş və şeir həvəskarlarının düşünməsi,fikirləşməsi üçün geniş imkanlar yaradılmışdır.

Kanal14.az
Nizami Təhməzov