Gündəm / Cəmiyyət / Mədəniyyət

Allah sənə rəhmət eləsin Mirzə Cəlil

Allah sənə rəhmət eləsin Mirzə Cəlil

Allah sənə rəhmət eləsin Mirzə Cəlil !
Həyatda hər şey ola bilər,hər hadisə baş verər .Zəlzələ də belə təbii hadisələrdən biridir.Şükür Allahın böyüklüyünə.İranın hərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,4 bal gücündə zəlzələ baş vermişdir.Bu məni çox incitdi.Böyük dağıntılar,insan ölümü ilə nəticələnən qışın bu oğlan çağında evsiz –eşiksiz qalan insanların acı taleyi məni çox ağrıtdı.Ən çox ağrıdan isə özlərini Allahın mömin bəndələri hesab edən, öz vətəndaşları arasında ayrı-seçkilik molla rejiminin Azərbaycan türklərinə olan soyuq münasibəti və biganəliyidir.İki yüzdən çox binaya ciddi ziyan dəyib,bir çox evlər isə təmamilə dağılıb,yararsız hala düşüb.Bəs İran höküməti hansı ciddi tədbirlər gorür,qışın şaxtası ilə üz-üzə qalan zavallı insanlara nə kimi yardım göstərib?Qırmızı Aypara Cəmiyyətinin xətti ilə quraşdirılmış çadırları da sanki onlara çox görür.Yaşlı insanlar,uşaqlar, tibbi köməyə ehtıyacı olanlar bütün diqqət və qayğıdan kənarda qalırlar.Yalnız indi deyil, uzun illərdir ki,özünü islam dövləti hesab edən, dinə , imana gələn,oruc tutan ,namaz qılan molla hakimiyyəti 40 milyona yaxın Azərbaycan türklərinin haqqını- hüququnu pozur.İran əhalisinin yarıdan çoxunu təşkil eliyən Azərbaycan türklərinin bir dənə də olsa öz doğma dillərində məktəbi yoxdur. Bu barədə dəfələrlə deyilib, dəfələrlə yayılıb, amma heç bir nəticə olmayıb. Aradan uzun illər, qərinələr keçib heçnə dəyişməyib. Nə İran hökumətinin Azərbaycan türklərinə olan münasibəti, nə də Azərbaycan türklərinin fikri, düşüncəsi bax beləcə uzun illərdir davam edir.Nə İran mollalarının nifrəti azalır, nə də Azərbaycan türklərinin onlara olan "sevgisi”.Burda Cəlil Məmməd Quluzadənin təxminən yüz il bundan əvvəl dediyi bir fikir yadıma düşür.”...Ey Xoflu,meşkinli ,sərrablı,coruşlu və mioruslu qardaşlarım ,ay marağalı,mərəndilli,gülüstanlı vətəndaşlarım ,ey ərdəbilli,qəlxanlı ,bəradərlərim! Gəlin , gəlin mənə bir yol göstərin.!Vallah ,ağlım çaşıb!Axir,dünyavü və aləm dəyişdi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vurdu,gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək haradır bizim vətənimiz.Niyə sakitsiz,ey mənim vətən qardaşlarım,?!”
Allah sənə rəhmət eləsin,ey Mirzə Cəlil.

Kanal14.az
N.Məmərli