Gündəm / Siyasət / Dünya

Estoniyadan Ukraynaya qeyri-addi dəstək - FOTO

Estoniyadan Ukraynaya qeyri-addi dəstək - FOTO

Estoniyanın baş naziri Kaya Kallas şəxsi Instagram hesabındakı paylaşımı ilə dünyanın diqqətini cəlb edib.

"Kanal14.az" bildirir ki, o Estoniyanın Tırva şəhərində "Azadlıq " parkında Ukrayna prezidenti Volodimir Zelenskinin qumdan nəhəng heykəlinin ucaldıldığını vurğulayıb və bildirib ki, şəhər sakinləri bu parkı ötən ilin iyun ayında yaradıblar və söz veriblər ki, "Ukrayna müharibədə qalib gələnə qədər heykəl orada dayanacaq".

Həmçinin nazir, - "Estoniyalıların Ukraynaya dəstəyi sarsılmazdır - Estoniyanın hər yerində bunun əlamətləri var.
Tırvada yerli sakinlər Ukraynaya həsr olunmuş "Azadlıq" parkı yaradıblar. Bu parkda Ukrayna prezidentinin monumental heykəli də ucaldılıb" sözlərini qeyd edib.

Kanal14.az
Jalə Asiman