Gündəm / Siyasət / Dünya

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan rəhbərliyinə qarşı tələb irəli sürdü

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan rəhbərliyinə qarşı tələb irəli sürdü

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilinin yayılan şəkilllərinə sərt reaksiya verib.

"Kanal14.az" bildirir ki, Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan rəhbərliyinə səslənərək, Mixail Saakaşvilinin onlara onlara verilməsini tələb ediblər.
"Siyasi qisas xatirinə insan həyatı ilə oynamayın" - deyə, Gürcüstan hökumətinin onu ələ salmasını pisləyiblər.

Qeyd edək ki, bir ötən gün mətbuatda Mixail Saakaşvilinin xəstəxanadan fotogörüntüləri yayımlanmışdı və yayılan fotolarda M.Saakaşvilinin əynindəki köynəyin yaxasında yazılmış "I am Ukranian" sözləri gündəmin diqqət mərkəzində idi.

Kanal14.az
Kamal Əsgərov