Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Gedişhaqlarının artırılması etiraza səbəb oldu

Gedişhaqlarının artırılması etiraza səbəb oldu

Ötən gün Tarif Şurasının ictimai nəqliyyatların qiymətinin artırılması barəsindəki qərarı vətəndaşların etirazına səbəb olub.

"Kanal14.az" bildirir ki, sosial şəbəkələrdə öz etirazlarını müxtəlif formalarda - kimisi satirik, kimisi tənqidi, kimisi də qərarın ləğv edilməsi tələbi ilə statuslar paylaşaraq, ifadə ediblər.

Leyla Məmmədzadə adlı facebook istifadəçisi isə etirazını belə ifadə edib:
Xanım - "Mən artıq səhərisi gün telefonla Nəqliyyat Agentliyinə, Nəqliyyat Nazirliyinə və s. zəng edib etirazlarımı bildirdim.
Hamısı Tarif Şurasının üstünə atırdı.Tarif Şurası da deyir ki, "biz şikayətlər əsasında edirik". Mən isə cavab verdim ki, "madam şikayətə baxırsınız, o zaman bizim də şikayətimizi niyə nəzərə almırsınız?".

Əlbəttə ki, bir çiçəklə yaz olmaz, tək əldən də səs çıxmaz. , Azın da sözü keçməz. Ümumvətəndaş mövqeyi, addımları olmalıdır. O, da olmayıb, yoxdur, olmayacaq da.
Ona görə də hər kəs elə özündən küssün!" - sözlərini qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə vətəndaşlar əmək haqları və pensiyalarda cəmi 15% artım olduğu halda, gediş haqqlarının 33% artırılmasının qəbuledilməz olduğundan danışır.

Kanal14.az
Ulduz Talıblı