Gündəm / Cəmiyyət / Təhsil

Cəlilabadda məktəbdə olanlarla bağlı istintaq başladı

Cəlilabadda məktəbdə olanlarla bağlı istintaq başladı

Cəlilabadda məktəbdəbaş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

"Kanal14.az" xəbər verir ki, Cəlilabad rayon prokurorluğundan bildirilib ki, rayonun Göytəpə şəhər 1 nömrəli tam orta məktəbində yol verilən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıır.

Adı çəkilən məktəbdə 2022-ci ildə saxta dərs saatları və dərsdənkənar məşğələlərə görə ödəniş edilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulması ilə bağlı əsaslı şübhələr var.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir.

Kanal14.az
Asiman Əsədsoy