Gündəm / Siyasət / Dünya

Liderlərin zirvə görüşündə bombalar partladı

Liderlərin zirvə görüşündə bombalar partladı

"Kanal14.az"ın xarici mətbuatdan əldə etdiyi məlumata görə, Somalinin paytaxtı Moqadişoda regionun liderləri Əl-Şəbab silahlı qruplaşmasına qarşı birgə mübarizəni müzakirə etmək üçün toplaşıblar. Müzakirələrin getdiyi binanın yaxınlığında bir neçə minatan mərmiləri partlayıb. Dörd mərmi ciddi mühafizə olunan prezident sarayının yaxınlığındakı ərazilərə düşüb.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Keniya, Efiopiya və Cibuti liderləri Somali hökumətinin islamçı yaraqlılara qarşı əldə etdiyi son hərbi nailiyyətlərdən sonra çərşənbə günü orada sammit keçiriblər.

Əl-Şəbab hələ də Somalinin geniş ərazilərinə nəzarət edir və müntəzəm hücumlar həyata keçirməyə davam edir.

Lakin ABŞ və Afrika qoşunlarının dəstəklədiyi hökumət keçən avqustda terrorçulara qarşı yeni əməliyyatlara başladıqdan sonra onlar ərazilərini itiriblər.

Kanal14.az
Asiman Əsədsoy