Gündəm / Hadisə / Dünya

Vaşinqtonda ev sahibi 13 yaşlı uşağı güllələməkdə ittiham olunur

Vaşinqtonda ev sahibi 13 yaşlı uşağı güllələməkdə ittiham olunur

Vaşinqton əyalət sakini 41 yaşlı Ceyson Maykl Lyuis səhər saat 4 radələrində eşitdiyi səslərdən şübhələnərək silahını da götürüb həyətə enib. Şəxsi avtomobilinə bir neçə nəfərin girdiyini görüb və onlardan orda nə etdiklərini soruşub. Bundan sonra uşaqlar qaçmağa başlayıb. Lyuis də onlara atəş açıb. Atdığı güllələrdən bir neçəsi 13 yaşlı karon Bleykə dəyib. Aldığı güllə yaralarından sonra uşaq ölüb.

"Kanal14.az" bildirir ki, hadisə barəsində məlumatı polisə Lyuis özü zəng edərək məlumat verib. Evinin müşahidə kamerasının görüntülərini də polisə təqdim edib.
Vaşinqton Postun dediyinə görə Lyuis ildə 75 000 dollar aldığı işindən məzuniyyətə göndərilib.

Hazırda ciddi araşdırma aparılır. Lyuisin vəkili hakimlərin bu hadisənin cinayət olmadığına qərar verəcəklərinə inanır.
Qeyd edək ki, yeniyetmə də Lyuis kimi qaradərilidir.

Kanal14.az
Rəna Gözəlova