Gündəm / Hadisə / Dünya

Pakistanda məscid partladı: 100 nəfər ölən var

Pakistanda məscid partladı: 100 nəfər ölən var

"Kanal14.az" xəbər verir ki, Pakistanın Peşəvəe şəhərində təhlükəsizlik işçilərinin çox olduğu ibadət zamanı partlayış olub. Hücumun Tahriki-i Taliban Pakistan (TTP) tərəfindən törədildiyi söylənsə də, təşkilat bu hadisəni üzərindən atıb.

Qeyd edək ki, keçmişdə də TTP məktəbləri, bazarları, məscidləri partladaraq hədəfinin Pakistan xalqı deyil, təhlükəsizlik qüvvələri olduğunu bildirirdi. Qrup Əfqanıstan Talibanı ilə eyni ideologiyada olsa da, ondan ayrıdır.

Son illərdə Pakistanın şimal-qərbində bu kimi hallar artmaqdadır.

Kanal14.az
Kəmalə Talıbova