Gündəm / Hadisə / Dünya

Canlı efirdə cinayətin üstü açıldı

Canlı efirdə cinayətin üstü açıldı

Didəm Arslan canlı efirdə uzun müddətdir bağlı qalan qətl cinayətinin üstünü açdı.

"Kanal14.az" bildirir ki, bir neçə aydır ki, Türkiyənin "Show tv" kanalında Didəm Arslanın təqdimatında yayımlanan "Didəm Arslanla vaz keçmə" proqramında Minə adlı gənc xanımın qətlinin araşdırması aparılırdı.

Uzun sürən araşdırma və söhbətlərdən sonra nəhayət bu gün Minənin həyat yoldaşı Nihat onu qətlə yetirdiyini etiraf edib.
Nihat bunu qəsdən etmədiyini, yüngül itələdiyi zaman Minənin yıxıldığını və başında aldığı ağır yaradan və çoxlu qan itkisindən dünyasını dəyişdiyini deyib.

Kanal14.az
Ella Həsənova