Gündəm / Cəmiyyət / Səhiyyə

İşbazların dərman biznesi - NARAZILIQ

İşbazların dərman biznesi - NARAZILIQ

Hər il olduğu kimi bu il də soyuq fəsillərdə "qrip" dediyimiz xəstəlik virusu yenidən yayılıb.

Əsasən qapalı yerlərdə, ictimai nəqliyyatlarda yoluxduğumuz və adi hesab etdiyimiz bu xəstəlik vaxtında müalicə olunmazsa bəzi orqanizmlərdə fəsadlara yol açır.

Bu səbəbdən də bu aralar apteklərə üz tutan vətəndaşların sayı həddindən artıq çoxalıb. Lakin, o vətəndaşların demək olar ki, hamısı lazım olan sirop və digər dərman preparatlarının apteklərdə olmadığını deyirlər.

Sumqayıt sakinlərinin "DogruXeber.az"a bildirdiyinə görə apteklərdən lazım olan dərmanı almaq üçün gərək "sözükeçən sanballı tanışın" ola. Özü də hələ o boyda minnətdən sonra da lazım olan dərman preparatların vətəndaşlara "dəvə belində olan" qiymətlərə satırlar.

Qeyd edək ki, kəskin pandemiya dövründə də "Covid-19" virusunun müalicəsində istifadə olunan dərman preparatları da bütün apteklərdə eyni "qayda"da satılırdı.

Bəlli ki, fürsəti fövtə verməyən işbazlar bütün hallarda cibimizə girməyin yolunu tapır.
Düşünürük ki, bu kimi halların aradan qaldırılması və sözügedən işbazlar barəsində qanuni tədbir görülməsi üçün aidiyyatı qurumlar hərəkətə keçəcəkdir.

DogruXeber.az
Elçin Həsənzadə