Gündəm / Cəmiyyət / Video

Sabirabad sakinlərinin "dərdi dərmansız qalıb" - GİLEY

Sabirabad sakinlərinin

Dərdi danışdıqca çoxalan Sabirabadın daha bir sakini "DogruXeber.az"a üz tutub.

Sabirabad rayon Moranlı kənd sakini, 44 günlük müharibə iştirakçısı, döyüşdə göstərdiyi şücaətə görə Prezidentin müvafiq sərəncamı ilə bir neçə medalla təltif olunmuş Hüseynzadə Elnur Xanpaşa oğlu hazırda torpaq problemi yaşadığı barəsində "DogruXeber.az"a müraciət edib.

Vətəndaş bildirir ki, "Döyüşdə iki dəfə ağır travma aldığıma baxmayaraq, mənə nə əlillik, nə qazi, nə də veteran statusu verilmədi.

İşsizliklə bağlı dəfələrlə İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova müraciət etmişəm, o da məşğulluğa deyib, vəssalam. Eləcə də qalıb.

Dedim, torpağım olsun, orda təsərrüfatla məşğul olum, ailəmi saxlayım.
Bu məqsədlə, eyni zamanda isdizldəfələrlə İcra Hakimiyyətinə və kənd bələdiyyəsinə müraciət etmişəm, deyirlər "gözlə".

Sizin kanal vasitəsilə prezidentimdən köməklik göstərməsini xahiş edirəm."

Qeyd edək ki, Elnur Hüseynzadənin bu müraciəti agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında "Kamalın zamanı" proqramında canlı yayımlanıb. Və elə canlı efirdən agentliyin rəhbəri Kamal Əsgərov Moranlı kənd bələdiyyəsinin sədri Adəm Mansurov ilə telefon əlaqəsi saxlayıb, vətəndaşın problemi barəsində fikirlərini soruşub.

Adəm Mansurov bildirib ki, "Torpaq satışı qanunla hərrac vasitəsilə həyata keçirilir. Ona görə də müəyyən gözləntilər var.
Qanun xaricində biz kimsəyə torpaq bölgüsü edə bilmərik. Bu səbəbdən də Elnur Hüseynzadə və digər müharibə iştirakçılarını gözlətmək məcburiyyətindəyik."

DogruXeber.az
Jalə Asiman