Gündəm / Cəmiyyət / Mədəniyyət

Milli mədəniyyətimizə verdiyimiz dəyər daxili mədəniyyətimizin isbatıdır.

Milli mədəniyyətimizə verdiyimiz dəyər daxili mədəniyyətimizin isbatıdır.

Aktyor İlqar Cahangir şəxsi instaqram və Facebook hesablarında bu fotonu paylaşaraq, "Özüm çəkilən kinoya bilet alıb baxdım. Zalda mənimlə bir yerdə 10 nəfər izləyici var idi.
Dostlar, baxmağınızı tövsiyə edirəm." sözlərini yazıb.

"Kanal14.az" bildirir ki, Bakı Mediya şirkətləri və "Butafilm"in istehsalı olan və rejissor İlqar Nəcəfin çəkdiyi "Suğra və oğulları" filmi Almaniyanın "Salarfilm" və Fransanın "Arizona production" şirkətləri ilə birlikdə ərsəyə gəlib.
Ekran əsərinin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində çəkilib.

Filmin əsas süjet xətti ikinci dünya müharibəsi dövründə Azərbaycan kəndlərində əhalinin yaşamını əks etdirir.

Filmdə peşəkar - istedadlı aktyorlar iştirak ediblər. Həmçinin Azərbaycan səhnəsinin sənətkar aktyorlarından olan İlqar Cahangir də həmin filmdə rol almışdır.

Qeyd edək ki rejissor İlqar Nəcəf eyni zamanda filmin ssenari müəlliflərindən biridir.

P.S: Film artıq, Sinema Plus: 28 Maal, Gənclik Maal, Dəniz Maal-da fəaliyyət göstərən kinostudiyalarda yayımdadır.

Biletləri adları qeyd edilən Müasir Azərbaycanımız tarixini və mentalitetini özündə əks etdirən "Suğra və oğulları" filmini izləmək üçün biletləri "28 Mall", "Gənclik Mall" və "Dəniz Mall" kinoteatrlarının kassalarından əldə edə bilərsiniz.

Baxmağa dəyər !

Kanal14.az
Jalə Asiman