Gündəm / Cəmiyyət / Video

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Ötən gün sosial şəbəkələrdə yayılan bu görüntülərlə bağlı məlumat vermişdik.

https://t.me/c/1631248758/8220

Göyçay sakinləri tərəfindən redaksiyamıza bu gün daxil olan məlumata görə, videodakı həmin Tehran adlı şəxs artıq dünyasını dəyişib.
Allah rəhmət eləsin.

***

Sosial şəbəkələrdə yayılan bir videogörüntüdə Moldovada yaşayan azərbaycanlı ölkəyə qayıda bilmədiyini deyir.

"Kanal14.az" bildirir ki, adının Tehran olduğunu və əslən Göyçay rayonundan olduğunu deyən bu şəxs Ukraynada yaşayıb, müharibə səbəbilə oradan da Moldovaya keçib.

Aç, susuz və işsiz olan Tehran çox çətin durumdadır.

Bildirir ki, Azərbaycana gəlməyə pulu yoxdur.
Odur ki, anasından, bacısından və qardaşlarından ölkəyə qayıtması üçün kömək istəyir.


Kanal14.az
Sərdar Məhəmmədoğlu