Gündəm / Cəmiyyət / Sosial

Təmizlik işciləri dayanacaqlarda toz qaldırırlar - GİLEY

Təmizlik işciləri dayanacaqlarda toz qaldırırlar - GİLEY

Bakının mərkəzi küçə və prospektlərində aparılan təmizlik işləri vətəndaşların narazılıqlarına səbəb olur.

"Kanal14.az" bildirir ki, əsasən səhər saatlarında dayanacaqlarda toplaşaraq, marşrut gözlədiyi halda Mənzil Kommunal Təsərrüfat Birliklərinin əməkdaşlarının gah dayanacağın içinə girib vətəndaşların ayağının altını süpürmələri, gah da düz dayanacağın qarşısını süpürüb ətrafdakıları toz dumanına boğmaları, onları bu kimi davranışları ilə narahat etmələri vətəndaşların narazılıqlarına səbəb olur.

"Təbii ki, əlinin qabarı, alnının təri ilə halal çörəkpulu qazanan zəhmətkeş təmizlik işçilərinə böyük ürəkli xalqımız hər zaman böyük hörmətlə yanaşır, lakin, onların da vətəndaşlara qarşı etdikləri bu cür hərəkətlər isə hörmətsizlik sayılır" - deyə, vətəndaşlar "Kanal14.az"ın müxbirinə gileyləniblər.

Kanal14.az
Jalə Əsədova