Gündəm / Siyasət / Cəmiyyət / Foto

"Doğru söylədi, dolasığa düşdü"- FOTO


"Kanal14.az" bildirir ki, bu günlərdə gündəmi zəbt edən Erkin Qədirlinin bloger Mehman Hüseyinova müsahibəsi hər bir Azərbaycan vətəndaşında müxtəlif təpkilərə səbəb oldu.

Ən böyük və neqativ yanasanlarsa, Erkin Qədirlinin deputat "dostları" oldu.
Milli Məclisdə əyləşən 125 deputat Erkin Qədirlinin müsahibəsindən sonra "soğan yemislər kimi içləri goynəməyə başladı".

Kimininki daha çox, kimininki daha az...








Görünür dərindən göynəyən deputatlardan biri Ülviyyə Həmzəyeva oldu ki, özünün dediyi kimi yuxuları ərşə çəkildi.

Əslində Ülviyyə Həmzəyevanın yuxularını ərşə çəkən , bəlkə də həyatında ilk dəfə həqiqətin üzünə soylənməsi olub.

Ülviyyə Həmzəyevanın vikipediyasi ilə maraqlandığınızda açıq-askar təriflərə boğulduğunu və özünün dahi olduğuna özünü inandırması aydın görünür.

Lakin, Ülviyyə Həmzəyevanın unutduğu ən böyük dahilik, hətta müdriklik haqqında söylənilən acı həqiqətləri səbr və təmkinlə qəbul etməyi bacarmaqdır.

Əslində Ülviyyə Həmzəyeva kimi düşünən deputatlar az deyil.


Bir neçə vaxt bundan öncə deputat Sevinc Fətəliyeva söyləyirdi ki, "Deputatlar haqqında o qədər mənfi fikirlər səsləndirilir ki, utandığımdan bir neçə gün evimə, ailəmin yanına gedə bilmirəm.

Sevinc Fətəliyeva həqiqətləri eşitməkdən utanırsa, niyə ailəsinə xatir deputat mandatindan vaz keçmir?


Demək ki, Erkin Qədirli 125 deputatın ən cəsarətlisidir ki, başına gələcək müsibətləri bildiyi halda, deputat mandatına xatir, xalqının önündə yalan söyləməyi şərəfinə sığışdıra bilmədi. Elə bu səbəblə də söylədiyi doğrular ayağına dolasıq olur.


Lakin, unutmaq olmaz ki, "Elin gözü tərəzidir". Sizin bu günə qədər Milli Məclisdə xalqa xidmət etməkdən çox deputat və məmurların maraqlarına xidmət göstərən qanunlara əl qaldırmağınızı düzlüyünuüə bağışlayar.

Son olaraq, Həzrəti Əli (ə.s)-ın məramını xatırlatmaq istərdik: - "Cəsarətin bitdiyi yerdə əsarət başlar"
Kanal14.az
Tərifə Maqsudova