Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Bakıda bir qrup şəxs dələduzluğun qurbanı olub - İşsizliyin fəsadları // VİDEO

Bakıda bir qrup şəxs dələduzluğun qurbanı olub - İşsizliyin fəsadları // VİDEO

Ölkədə yaranmış iqtisadi böhran və işsizlik problemi dələduzların və onların qurbanlarının sayını günbəgün sürətlə artırır.

"Kanal14.az" xəbər verir ki, Sabunçu rayon maştağa qəsəbəsində 20-yə yaxın gənclər də dələduzluğun qurbanı olub.

Onların sözlərinə görə Elnur Şahgəldiyev adlı şəxsin "Məhlədə şirkət açacağıq, siz də orada çalışacaqsınız" vədinə inanaraq, bir neçə sənədə imza atıblar.
Lakin, bir müddətdən sonra məlum olub ki, şəxs onlara yalan danışıb. İmza çəkdirdiyi sənədlərə əsasən adlarına bir neçə şirkət açılıb və həmin şirkətlər vergidən yayınıb.
Artıq, iş tapacaqlarına sevindiklərindən bütün təqdim edilən sənədləri "gözüyumulu" imzalayan bu gənclərin adına 1.000.000 (bir milyon) manatdan çox vergi borcu var.

Qeyd edək ki, bu barədə məlumat "Xəzər" televiziyasının "xəbərlər" proqramında yayımlanıb.

Kanal14.az
Elçin Həsənzadə