Gündəm / Cəmiyyət / Hadisə

Avtobus sürücüsü ilə sərnişin arasında dava düşdü

Avtobus sürücüsü ilə sərnişin arasında dava düşdü

"Kanal14.az" xəbər verir ki, bu gün səhər saatlarında - təqribən saat 06:59 radələrində 21 nömrəli marşrut xətti üzrə hərəkət edən "bakubus" avtobusun sürücüsü ilə sərnişin arasında dava düşüb.

Buna səbəb sərnişinin düzgün toxundurmadığı və "bakubus" ödəmə kartından gediş haqqı köçirilmədiyi üçün sürücünün şüşəni tıqqıldadaraq, onu kartı yenidən toxundurmağa çağırması olub.

Geri dönən sərnişin, "sən şüşəni vurmaq yerinə, "qardaş, keçmədi" deməli idin" - deyə, sürücüyə səsini qaldırıb, ona qarşı kobud davranış göstərib.

Bundan hiddətlənən sürücü avtobusu dayandırıb və sərnişinlə birlikdə avtobusdan yerə enib.
Digər sərnişinlərin müdaxiləsi ilə onlar aralaşdırılıb.
Bir neçə dəqiqə gözlədikdən sonra, sürücü hərəkəti davam etdirib.

Kanal14.az
Jalə Əsədova