Gündəm / İqtisadiyyat / Video

İstedadlı gənclərdən düşündürücü videoçarx - VİDEO

İstedadlı gənclərdən düşündürücü videoçarx - VİDEO

21-ci əsr Texnologiya əsridir.
Kanal14.az: - Dövrümüzə görə istər-istəməz acımız da, əyləncəmiz də, istirahətimiz də - bütün hamısı texnologiya üzərində köklənib.

Sosial şəbəkələr artıq həyatımızın "ayrılmaz hissəsi"nə çevrilib desək, yəqin ki, yanılmarıq.
Kimisi telefon çıxaranın, sosial şəbəkə yaradanların atasına rəhmət oxuyur, kimisi lənət.

Lənət oxuyanlar sosial şəbəkələrdən yanlış istifadə edərək, həyatını məhv edənlər və onların yaxınlarıdır.

Rəhmət oxuyanlar isə sosial şəbəkələrdən maarifləndirmə və maariflənmək üçün istifadə edən kütlədir.

Sosial şəbəkələr bizlərə tariximizi xatırladır, unutduğumuz mentalitetimizi hərdən xatırladır, qaziləri, şəhidləri, hər sahədə igidlik göstərən oğullarımızı xatırladır.

Qazi demişkən, bu gün sosial şəbəkələrdə tik-toker Rəsul Tahirov və onun dostları Anar Orucov, Tural Orucov, bir də Nemət Əlizadənin Suqovuşan Fatehi olaraq tanıdığımız qəhrəman İlkin Fərzəliyevlə çəkdikləri kiçik videoçarx böyük marağa səbəb olub.

"Kanal14.az" bildirir ki, həmin videoçarxda adıçəkilən istedadlı gənclər birbaşa, son 2-3 ildə şəhid və qazilərin adından sui-istifadə edərək, özlərinə "blogger", "jurnalist" deyən, bu yolla reklam tutan - pul qazanan şəxsləri hədəf göstəriblər.

Sözügedən videoçarxı aşağıdakı linkdə təqdim edirik:
https://t.me/c/1631248758/8182

Qeyd edək ki, Rəsul Tahirov adıçəkilən dostları ilə birlikdə çəkdikləri kiçik videoçarxlarda çox zaman reallıqları əks etdirən mövzulara toxunur ki, bu da bu kimi sosial şəbəkələrdən səmərəli istifadə etmək üçün gözəl nümunədir.

Kanal14.az
Jalə Asiman