Gündəm / Cəmiyyət / Sosial / Foto

Mingəçevirdə "dəyirman öz işindədir, çak-çak baş ağrıdır" - FOTO

Mingəçevirdə

"Kanal14.az" bildirir ki, Mingəçevir şəhərində dövlət idarələri bu qədər vətəndaş narazılıqları və bu qədər tənqidi məlumatlar yayımlanmasına baxmayaraq, sanki, "and içiblər"miş kimi öz bildikləri qaydada işləməkdə davam edirlər.

Aşağıdakı fotoya və şəhər sakininin yazdığı cümlələrə diqqət edin.

Mingəçevirdə

"Mingəçevir, ekologiya idarəsi əməkdaşlarının bugünki işi,
Nahar fasiləsinə ayrılarkən.
Bu adi baxdığımız "iş" faciəyə səbəb ola bilər.
Bu onu göstərir ki, ərazidə gedən işin nəzarətçisinə də bir nəzarətçi lazımdır.
İnsanda az da olsa düşüncə olmalıdır."

"Kanal14.az" qeyd edir ki, foto və təqdim etdiyimiz cümlələrin müəllifi Mingəçevir şəhər sakinidir.
O bu barədə şəxsi Facebook hesabında paylaşım edib.
Qeyd edək ki,  yaranmış vəziyyəti  Mingəçevir şəhər Mənzil Kommunal Təsəttufat Birliyi  işçilərinin məsuliyyətsizliyi hesab etmək olar.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Kanal14.az
Elçin Həsənzadə