Gündəm / Cəmiyyət

Tarixlərdə yaşayacaq igid ömrü - Suqovuşana bayraq sancdı

Tarixlərdə yaşayacaq igid ömrü - Suqovuşana bayraq sancdı

Fərzəliyev İlkin Azad oğlu.
1989-cu il iyul ayının 29-da Yevlax rayonunda doğulub. Lakin, Salyan rayonunda böyüyüb.
Ali təhsillidir. Azərbaycan Texniki Universitetinin Nəqliyyat və logistika fakültəsini bitirib.
5 il 6 ay özünün də vurğuladığı kimi orduda Kəşfiyyat xidmətində sözün əsl mənasında can qoyub.
44 günlük zəfər müharibəsində qəhrəmancasına vuruşub. 30 ildir həsrətində olduğumuz torpaqlarımızın geri alınmasında fəal iştirak edib və Suqovuşanın azad olunduğunu ölkə başçısına məhz o məruzə edib. Eləcə də Azərbaycanın bayrağını Suqovuşana o sancıb.

Tarixlərdə yaşayacaq igid ömrü - Suqovuşana bayraq sancdı

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Qeyd edək ki, "İgidliyə görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə də təltif olunub, lakin bu iki medal hələ ki, təqdim edilməyib.

Biz İlkin Fərzəliyev ilə telefonla danışarkən barəsində məlumat dərc etmək istədiyimizi deyəndə, o təvazökarlıq edərək, "Bu bizim borcumuzdur, xanım"- dedi.

Tarixlərdə yaşayacaq igid ömrü - Suqovuşana bayraq sancdı

Bəli, vətəni qorumaq təkcə İlkin Fərzəliyevin, yaxud yalnız hərbidə olanların borcu deyil.
Vətən borcu hər kəsin borcudur, hətta müxtəlif yollarla hərbidən yayınan məmurların və zəngin övladlarının belə.

Kanal14.az
Kamal Əsgərov