Gündəm / Cəmiyyət / Foto

Sənaye şəhərində sakinlər antisanitariyadan gileylənir - FOTO

Sənaye şəhərində sakinlər antisanitariyadan gileylənir

Sumqayıt şəhərinin "Xəzər bağları" və "Yaşıl dərə” adlanan yaşayış massivində yaşayan sakinlər ətrafı bürüyən kanalizasiya qoxusundan "DogruXeber.az"a şikayət edirlər.

Sakinlərin sözlərinə görə, "Xəzər bağlarının "Kanalın yanı” deyilən hissəsinə düşən ərazidə, fərdi yaşayış evlərinin yanında çirkab sular yerin üstü ilə axıdılır. Ətrafda yaşayan vətəndaşlar oradan gələn üfunət qoxusu səbəbindən pəncərələrimizi aça bilmirik.
Bundan əlavə, axar suyun ətrafı tullantılar ilə də doludur.

Kanalizasiyanın qoxusundan yay-qış demədən burada həşəratlar olur. Pis qoxudan əlavə milçək və ağcaqanad əlindən həyətə çıxmaq olmur. Eyni zamanda, çirkab sular da cürbəcür infeksion xəstəliklərin mənbəyidir.
Xahiş edirik, aidiyyatı qurumlar bu mühüm problemi nəzərə alsınlar və aradan qaldırılmasına köməklik göstərsinlər.” deyə, sakinlər "DogruXeber.az"a gileyləniblər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

DogruXeber.az
Elçin Həsənzadə