Gündəm / Cəmiyyət / Sosial / Video

Vətəndaşlar "Unibank" tərəfində hüquqlarının pozulduğunu iddia edirlər - VİDEO

Vətəndaşlar

Mingəçevir şəhər sakini Hüseynov Emin Rəşid oğlu "DogruXeber.az"a müraciət edib.
O "Unibank" tərəfindən hüquqlarının pozulmasından danışıb.

Emin Hüseynov bildirir ki, ""Unibank"dan manatla götürdüyüm kreditin 5.000 (beş min) manatını ödədim. Geriyə qalan 3.000 (üç min) manatın ödəmə müddətinin biraz uzadılmasını xahiş etdim. Bankın əməkdaşları dedi, "Problem yoxdur, müəllim ". Gətirib, mənə bəzi kağızlara imza atdırdılar. Mən də inandım, imzaladım. Sən demə bank mənə xəbərdarlıq etmədən, razılığım olmadan, mənə dollar kreditinə imza atdırıb, mənə manatla kredit götürərkən zamin duran Kərimov Müzəffər Əsgər oğlunun da adını xəbərdarlıq etmədən, dollar kreditinə yazıblar. Uzun illər bir süfrədə çörək kəsdiyim adamla aramıza düşmənçilik salıblar.
Bununla bağlı müraciət etmədiyim qurum qalmayıb, hələ də vəziyyəti olduğu kimi qalır ".

Qeyd edək ki, Emin Hüseynov"DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradaraq, mövcud probleminin həllində köməklik göstərməsi üçün ölkə başçısına və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə acizanə müraciət edib.

Yeri gəlmişkən, Emin Hüseynovun canlı yayımdakı müraciəti zamanı yayımın şərh bölməsində Elşən Əliyev adlı YouTube istifadəçisi, sözügedən bankda problemi olduğunu, özünün də xəbəri olmadan, bankın onun adını zamin kimi yazdığını vurğulayıb.



Güman edirik Emin Hüseynovun bankla bağlı yaranmış probleminin araşdırılıb, hüquqi həllini tapması üçün aidiyyatı qurumlar və bank rəhbərliyi lazımi tədbirlər görəcəkdir.

P.S: Məsələ ilə bağlı bankın da mövqeyini dərc etməyə hazırıq.

DogruXeber.az
Kamal Əsgərov