Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial / Foto

"Sədərək" ticarət mərkəzində yoxlamalar aparılır - FOTO


"Kanal14.az"ın "Sədərək" ticarət mərkəzində çalışan şəxslərdən əldə etdiyi məlumata görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ticarət mərkəzində vergi yoxlamalarına başlayıb.

Bildirilir ki, hazırda bütün mağazalarda kassa və işçilərin sənədləri yoxlanılır. Qanun pozuntusuna yol verən şəxslər cərimə olunur.


Qeyd edək ki, verilən məlumata görə ötən gün "Şirniyyat"bazarında yoxlamalar aparılıb və 40-dan yuxarı mağaza sahibi 1000 (min) manatdan yuxarı məbləğlərdə cərimə olunublar.

P.SQeyd edək ki, daha ətraflı məlumat üçün İqtisadiyyat Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin, təəssüflər olsun ki, rəsmi internet saytında qeyd edilən telefon nömrələrinə cavab verən olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Kanal14.az
Kamal Əsgərov