Gündəm / Cəmiyyət / Təhsil

147 nömrəli texniki humanitar liseyin şagirdləri beynəlxalq "Etwinning" lahiyəsinə qoşuldular

147 nömrəli texniki humanitar liseyin şagirdləri beynəlxalq

Xətai rayonu 147 nömrəli texniki-humanitar liseyin tarix müəllimi Güntəkin Məmmədova və liseyin istedadlı şagirdləri Ruslan, Banu, Səma, Rəmzi, İlahə, Zəhra və Tunay beynəlxalq Etwinning lahiyəsinə qoşulmuşlar.

"DogruXeber.az" qeyd edir ki, " L.E.A.R.N" adlanan bu layihənin qurucuları 6 nömrəli liseyin tarix müəllimi Ülviyyə İsmayılova və Türkiyənin Çorum Merkez-Şehit Abdullah Tayyip Olçok Anadolu liseyinin ingilis dili müəllimi Aslıhan Karadır. Layihədə Türkiyədən Aslıhan Kara, Yeliz Hepsag, Şıfa Yaygın, Rukiyə Yılmaz, Hürrəm Dəniz, Mahidə Güzel, Banu Mutlu Pamir, İtaliydan Rosaria Trombella, Azərbaycandan Ülviyyə İsmayılova, Güntəkin Məmmədova, Sevda Novruzova, Xuraman Təhməzova iştirak edirlər.
Layihənin əsas məqsədi şagirdlərin ingilis dili bacarıqlarını oyunlar vasitəsilə daha da, inkişaf etdirmək, onları internet təhlükəsizliyi və texnoloji yeniliklərlə tanış etmək, sonda bütün məktəblilərin iştirakı ilə ortaq bir məhsul hazırlamaqdır.
Layihədə 80-dən çox şagird iştirak edir. Şagirdlər ingilis dilində təqdimatlarla çıxış edir, bir-birilərinin işlərini qiymətləndirir, yeni dostlar qazanırlar. Onlayn görüşlərdə Kahoot oyunu demək olar ki, şagirdlərin maraqla gözlədiyi əyləncələrdən biridir.
147 nömrəli texniki humanitar liseyi əvvəllər də, belə layihələrdə iştirak etmişdir. Lakin ingilis dilli layihədə ilk dəfədir ki, iştirak edirik.
Bu layihə şagirdlərimizin daha da, sosiallaşmasına, dünya görüşlərinin artmasına, yeniliklərlə tanış olmasına şərait yaradacaqdır.
Layihə qurucuları Asıihan Kara və Ülviyyə İsmayılovaya təşəkkür edir, şagirdlərimizə isə uğurlar arzulayırıq.

Xətai rayonu 147 nömrəli t/h liseyin
Tarix müəllimi Qabaqcıl Təhsil İşçisi,
Prezident mükafatçısı – Güntəkinn Məmmədova