Gündəm / Cəmiyyət

Mətbuat nümayəndələri etiraza qalxdılar - FOTO

Mətbuat nümayəndələri etiraza qalxdılar - FOTO

"DogruXeber.az" xəbər verir ki, bu gün Azərbaycan nəşriyyatında çalışan bir çox redaksiyalar yeni qiymət artımına etiraz üçün nəşriyyatın binici mərtəbəsində toplaşıblar.

Qeyd edək ki, "Azərbaycan Nəşriyyatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən redaksiyalara otaqların kirayə pulunun artırıldığı barəsində xəbərdarlıq edib.

55 % qiymət artımı ilə razılaşmayan və etiraz üçün toplaşan media rəhbərləri, əgər kirayə qiymətləri əvvəlki qaydada qalmazsa, qiymət artımı reallaşarsa, aksiyanın tərkib hissəsini böyüdərək, digər dövlət qurumları qarşısında da həyata keçirməyı planlaşdırdıqlarını vurğulayıblar.

DogruXeber.az
Jalə Asiman


Mətbuat nümayəndələri etiraza qalxdılar - FOTO