Gündəm / Cəmiyyət / Təhsil

İTV-də 8 min manat udan müəllimdən örnək addım — VİDEO


 
Səbail rayon 219 nömrəli evdə təhsil tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova maddi çətinlikləri olan bir qızın təhsil xərclərini qarşılayacağını bildirib.

O, bu barədə İctimai TV-də yayımlanan "Milyonların şousu” verilişində deyib.

Belə ki, intellektual yarışmaya qatılan Sevinc müəllimə pul mükafatı qazanacağı təqdirdə bunu təhsilə xərcləyəcəyini deyib:

"Burda mənim qarşımda duran əsas məsələ övladlarımın təhsilidir. Nə qazansam, təhsilə xərcləyəcəm. Mənim tanıdığım bir qız da var. Onun təhsili üçün maddi problemlər var. Öz uşaqlarımla yanaşı həmin qızın da təhsilini qarşılayacağıq. Çünki bir qızın təhsil alması, təkcə bir nəfərin deyil, bütün gələcək nəslin təhsil alması deməkdir. 100 min (maksimum mükafat məbləği – red.) də olmasa, nə qazansam, o uşağın da təhsilinə nə mümkündürsə, köməklik edəcəyik”.

Qeyd edək ki, S.Novruzova yarışmadan 8 min manatla ayrılıb.