Gündəm / Cəmiyyət

Məsul idarələrin biganəliyi onları narazı salıb - Pambıqkəndin sakinləri narahatdır // VİDEO

Məsul idarələrin biganəliyi onları narazı salıb - Pambıqkəndin sakinləri narahatdır // VİDEO

Salyan rayon "Pambıqkənd" kəndinin yollarının bərbad vəziyyətdə olması və qorxu saçan işıq dirəkləri barəsində "DogruXeber.az" informasiya portalında məlumat və videogörüntüləri yayımlamışdıq. Həmçinin, yayımladığımız məlumatlar barəsində telefon əlaqəsi saxlayıb, Rayon İcra Hakimiyyəti və kənd bələdiyyəsinin sədrinin də mövqelərini dərc etmişdik.

"Kür qırağının əcəb seyrangahı var" - Nə normal yolları var, nə də o yolların işıqları // VİDEO + FOTO



"Pambıqkənd" sakinləri "DogruXeber.az"a yenidən müraciət edib və problemlərinin hələ də həllini tapmadığından gileyləniblər.

Biz, başa düşürük, o qədər problem bu qısa müddətdə aradan qaldırıla bilməz. Amma, heç olmasa bununla bağlı millət vəkili seçdikləri Fəzail Ağamalı, o cümlədən rayonun İcra başçısı kənd sakinləri ilə görüşüb, problemlərə yerində baxış keçirsə, ilkin olaraq, hər hansı bir addım atılmış olsaydılar, sakinlərin müraciətlərini yayımlamaq deyil, onlara narahatçılıqlarının əsassız olduğunu və qısa zamanda həllini tapacağı ümidini biz də vermiş olardıq.

Təəssüflər olsun ki, buvaxta qədər bunların heç biri olmayıb. Bu səbəbdən də sakinlərin narahatlığı başadüşüləndir.

Ümid edirik, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qısa zamanda mövcud problemlərin aradan qaldırılması istiqamətində gərəkən tapşırıqları verəcək və atılan bütün addımlar "DogruXeber.az"da dərc ediləcəkdir.

DogruXeber.az
Aynur Qasımova