Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə / Video

Həm də bələdiyyə sədri olan ingilis dili müəllimi məktəbə saxta bülleten təqdim edir? - İDDİA

Həm də bələdiyyə sədri olan ingilis dili müəllimi məktəbə saxta bülleten təqdim edir? - İDDİA

Kanal14.az: - "Qazax rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsində cərəyan edən özbaşınalıqlardan da, rüşvət hallarından da, yeyinti hallarından da, hətta oğurluq hallarından da dəfələrlə "Kanal14" YouTube kanalımızda, "Kamalın zamanı" proqramında danışdıq. Daha doğrusu biz deyil, elə sözügedən rayonun sakinləri özləri danışdılar, "DogruXeber.az" informasiya portalında da məlumatları dərc etdik, yayımladıq.

Qazax sakini canlı yayımda Mərkəzi Xəstəxananın "PUL YEMƏK YOLLARI"nı açıqladı - VİDEO



Hətta, aidiyyatı üzrə bir neçə dövlət qurumlarına rəsmi müraciətlər göndərdik.

Nəticə???
0

Rayon sakinləri israrla ""Qazax rayon Mərkəzi Xəstəxanası " Publik hüquqi şəxsinin direktoru Sevda Məmmədovanı rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov himayə edir. Çünki, Sevda xanım Rəcəb Babaşovun çox işlərindən xəbərdardır, bilir ki, Sevda xanım getsə, o da gedəcək" deyirdilər.

Mövqe öyrənmək istədiyimizdə isə Sevda xanım siz məlumatları göndərin mən araşdırım demişdi, ondan da bir xəbər çıxmadı.
Lakin, yayımın şərh bölməsində "özünü şirin göstərmək istəyən" bəzi şəxslər, xəstəxanada sağlamlıq haqqında tibbi arayışların pulla satılması barəsindəki məlumatlara özünəməxsus "irad" bildirərək, arayışları dövlətin pullu etdiyini yazıblar.

Halbuki, tibbi arayışlar üçün dövlət rüsumunun tətbiq edilməsi çox yeni qərardır. Ancaq, şikayətçi sakinlər onların illərdir bunun üçün pul ödəmək məcburiyyətində olduqlarını deyirlər.

Bundan əlavə, bir neçə gün əvvəl "Kanal14"də "Kamalın zamanı" proqramında Qazax rayon sakini Murad Mustafayevin Ağköynək kənd bələdiyyəsinin sədri və eyni zamanda Ağköynək kəndində ingilis dili müəllimi çalışan Nəzakət Mansurova barəsindəki müraciəti yayımlanarkən, yayımın şərh bölməsində sözügedən kəndin bəzi sakinləri Nəzakət Mansurovanın çox zaman məktəbə getmədiyini, demək olar ki, həmişə bülletendə olduğunu yazmışdılar.
Belə olan halda isə həm rayon təhsil şöbəsinin, həm də Rayon Mərkəzi Xəstəxanasının Nəzakət Mansurova ilə suç ortağı olduğu aşkar görünür.

Xəstə olmayan birinə Mərkəzi Xəstəxana hansı əsasla, yaxud ixtiyarla bülleten verir?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az