Məşhur futbolçu Kriştiano Ronaldo Portuqaliyada yeni villa tikdirib.

"Kanal14.az" "Sky Sports Italia"ya istinadən xəbər verir ki, ulduz oyunçunun yeni evi Lissabonun Cascais səmtindəki Quinta da Marinha rayonundadır və 3000 kvadratmetr ərazini əhatə edir.

Bu üç mərtəbəli villada işləmək üçün işçi axtaran Ronaldo, aşpaz da daxil olmaqla 4 nəfərlik komandanı işə götürəcək. İş elanı yayımlayan Ronaldo villada qalacaq işçilərə aylıq 6 min avro maaş verəcək.

30 milyon avroluq villanın 455 kvadratmetr bağçası və açıq sahəsi, tennis kortu, kinoteatrları, açıq və qapalı şüşəli hovuzu, idman kompleksi, smart istilik sistemi, 20 maşınlıq meqa qarajı var. 

Qeyd edək ki, Portuqaliyada minimum əmək haqqı 822 avrodur.