Gündəm / Cəmiyyət / Sosial

Məşğulluq Agentliyinin nəzdindəki Mərkəzi Monitorinq və Qiymətləndirmə filialında nələr baş verir..? - İLGİNC İDDİALAR...

Məşğulluq Agentliyinin nəzdindəki Mərkəzi Monitorinq və Qiymətləndirmə filialında nələr baş verir..? - İLGİNC İDDİALAR...

Vətəndaşın demokratiya, insan haqları və s problemi yoxdur. Vətəndaş üçün stabil iş yeri, rifah və sağlamlıq başlıca məsələdir. Azərbaycan dövlətinin sosial yönümlü olması dəfələrlə rəsmi olaraq səsləndirilib. Bəli, ən həssas yerimiz olan Qarabağ qazilərindən iki misal çəkəcəyik: Qarabağ qazisi deyir ki, mənə nə ev, nə də maşın verməyin, mənə iş verin....
Başqa bir Qarabağ qazisi deyir ki, heç nə istəmirəm, müalicə olunmaq istəyirəm... Bütün bunlar isə bir başa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yəni cənab nazir Sahil Babayevin üzərinə düşür. Amma... Əmması odur ki, Sahil Babayev nazir olandan sonra minlərlə, bəlkə də yüz minlərlə vətəndaşı dövlətdən narazı salıb. Bu nazirliyin konkret işi SOSİAL MÜDAFİƏDİR, amma insanları dövlətdən narazı salmaq deyil. Bu nazirliyin stukturuna nəzər salanda adam dəhşətə gəlir. Bu boyda nazirlik olar..?
Bu nazirliyin nəzdində Dövlət Məşğulluq Agentliyi var. Adından bəlli olduğu kimi əsas funksiyası vətəndaşları işlə təmin etməkdir, yeni iş yerlərinin açılmasıdır və s. Bu agentlikdə "İşsiz şəxslərlə iş”, "Məşğulluq tədbirləri”, "Peşə hazırlığı” və s departamentlər fəaliyyət göstərir.
Görüsünüzmü, hamısının adında İŞ və MƏŞĞULLUQ... Hələ bu harasıdır..? Regional Məşğulluq filialları, Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı və daha nələr... Dövlət bu qurumlara hər ay yüz minlərlə maaş verir, milyonlarla vəsait ayırır, amma nə faydası... Vətəndaş haray salır ki, mənə MƏŞĞULLUQ üçün verilən İNƏYİN AĞZINDA DİŞLƏRİ yoxdur, gəlin bunu aparın, mənə lazım deyil...
Bəli, Məşğulluq Agentliyinin əsas işi əmək bazarını yaratmaq, insanları işə cəlb etməkdir. Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Yuxarıda qeyd etdiyimiz kimi qurumun tərkibində Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı fəaliyyət göstərir. Qurumun rəhbəri Əliyev Elnur Qaraxan oğludur. Ağlınıza türk serialları-zadı gəlməsin. Söhbət məşhur tikinti kralı, "Qaraxan MTK”-nın sahibi, ağdamlı Qaraxan Əliyevdən gedir. Bəli, nazir Sahil Babayev Qarabağlı dostunun oğluna agentlikdə mühüm vəzifə verib. Amma Elnur Əliyev bu filialı öz şəxsi obyekti kimi işlədir.
Təsəvvür edirsiniz, vətəndaş yazır ki, mənzil problemimlə bağlı şikayətimi araşdrımaq üçün Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq Qiymətləndirmə filialından gələrək çəkiliş apardılar və söz verdilər ki, problemim həll olunacaq. Bir neçə aydan sonra vətəndaş quruma müraciət edəndə cavab veriblər ki, filialda struktur dəyişikliyi olduğu üçün növbəti ildə gəlib yenidən çəkiliş edəcəklər. Bunlara başa salan lazımdır ki, stuktur dəyişikliyinin vətəndaşa nə dəxli ola bilər..? Məgər struktur dəyişəndə qurumun apardığı monitorinq materialları silinir..?
Deməli, zavallı vətəndaş növbəti ili gözləməlidir..? Belə idarəçilik olmaz, vallahi.... Bir daha qeyd edirik ki, dövlət bu sahəyə külli miqdarda vəsait ayırır ki, vətəndaşların məşğulluq problemi həll olunsun. Amma Qaraxan müəllimin oğlu Elnur Əliyev kimi məmurlar vətəndaşları dövlətdən narazı salır. Guya Allah qoymasa, Elnur Əliyevin müdir olduğu Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı ölkə üzrə monitorinqlər keçirir, pullar silinir, torpaq payı olanlara məşğulluq təklif edilir, özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyəti, habelə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərin əməyindən səmərəli istifadə üzrə yoxlamalar aparılır. Həə, söhbət icra başçılarının cibindəki maaş kartlarından gedir. İndi bildinizmi, Elnur Əliyev hansı əməllərlə məşğuldur..? Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//