Gündəm / Cəmiyyət

"Bu idarədə atanın saxtakarlığını örtmək üçün vəzifələri oğullarına verilir" - VƏZİFƏ VARİSLİYİ ?! // VİDEO


Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovun rəhbərlik etdiyi idarədə yol verdiyi saxtakarlıqlar, rüşvətxorluq və yeyinti halları barəsində həm "DogruXeber.az" informasiya portalında yazılı, həm də bir neçə dəfə "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramında görüntüləri ilə birlikdə ətraflı məlumat vermişdik.



Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti - VİDEO+FOTO

Məlumatlar yayımlandıqdan sonra yayımın, eyni zamanda sosial şəbəkələrdə yayımlanan məlumatların şərh bölməsində Zərdab rayonunun "sinəsi dolu" digər sakinləri də məlumatlarda deyilənləri təsdiq edərək, Əhliman Kərimovun "əlindən cana doyduqları"nı yazdılar.

Ardından redaksiyamıza Zərdab rayon sakini Əhmədov Şəmsi Fazəddin oğlu tərəfindən Əhliman Kərimov fəaliyyətini barəsində eşidəndə şok edəcək daha geniş əlavə məlumatlar göndərildi.
Məlumatları izləmək üçün yayıma sonadək baxın:



Gördüyünüz kimi Şəmsi Əhmədov tender oyunundan tutmuş, "irsi vəzifə vərəsəliyi"nin əsl səbəblərinə qədər bütün detalları aydın şəkildə açıqlayıb. Özü də qeyd edir ki, hələ bu da hamısı deyil.

P.S: Qeyd edək ki, "DogruXeber.az" informasiya agentliyi olaraq, hər zaman daxil olan bütün məlumatlarla bağlı ilk növbədə obyektiv şəkildə qarşı tərəfi arayıb, onun da fikrini öyrənməyə çalışır və aidiyyatı qurumlara rəsmi şəkildə müraciətlər göndəririk.
Bu dəfə də ənənəmizə və qanunlara sadiq olduq. Korrupsiya halları barəsindəki məlumatlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciət göndərdik.

Baş Prokurorluq da məsələni Zərdab rayon Prokurorluğuna yönləndirib. Zərdab rayon Prokurorluğu da bizə zəng edib, müraciət edənlərin kimlər olduğunu soruşdu və məlumatları onlara da göndərməyimizi xahiş etdilər. Təbii ki, biz verilən məlumatları Zərdab rayon Prokurorluğuna da göndərdik.

Necə araşdırmalar aparılacaq, hansı tədbirlər görüləcək bunu da izləyib görəcəyik, eyni zamanda izləyicilərimizi də məlumatlandıracağıq.
Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az