Gündəm / İqtisadiyyat / Səhiyyə

Naxçıvan səhiyyəsi təcili yoxlanılmalıdır - Həm yeyinti,həm saxtakarlıq baxımından

Naxçıvan səhiyyəsi təcili yoxlanılmalıdır - Həm yeyinti,həm saxtakarlıq baxımından

Kanal14.az: - Naxçıvan Respublika xəstəxanasından şikayətlər getdikcə artır. İddialara görə, Baş həkim tibb bacılarına və təmizlikçilərə göz verib, işıq vermir.
Mən də Zəbur müəllimin üzü həmişə gülsün deyə, onun barəsində redaksiyamıza göndərilən bütün şikayət məktublarını dərc etməyə qərar verdim. Beləliklə ilk qısa məktub (olduğu kimi):
"Naxçıvan Respublika xəstəxanasının, aparıcı qüvvələri olub,lakin haranı bitirdiyi məlum olmayan (daha doğrusu hazır diplom almış) həkimləri:
1. Ramidə Bağırova-söbə müdiri
2.Günay Bağırsoylu-cərrah ginekoloq (faizlə həkim gətirmək işləri görür)
3.Vüsal Əliyev-şöbə müdiri
4.Aysel Dünyamalıyeva -şöbə müdiri.
Məncə araşdırma aparılmalı ən mühüm sahələrdən biri də səhyyədir.Həm yeyinti,həm saxtakarlıq baxımından. Təkcə
işdən çıxarılan işçilərin ərizələrinin yoxlanılması belə burdakı özbaşınalıqların hansı həddə olduğunu göstərər".
Heydər Oğuz

Naxçıvan səhiyyəsi təcili yoxlanılmalıdır - Həm yeyinti,həm saxtakarlıq baxımından