Gündəm / İqtisadiyyat

Neft cüzi ucuzlaşdı

Neft cüzi ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, "Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 0,42% azalaraq, 1 barelə görə 80,34 dollar təşkil edib.

"Kanal14.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,37% azalaraq, 75,11 dollara bərabər olub.