Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünə şəxsən baxış keçirib. O, Ukrayna tərəfindən vurulan körpüdə yenidənqurma işləri ilə tanış olub. 

"Kanal14.az" xarici KİV-ə  istinadən xəbər verir ki, "Mercedes” markalı avtomobillə körpüdə baxış keçirən Putinin üst geyimi diqqət çəkib.  

Belə  ki,  Rusiya liderinin italyan markası "Loro Piana"dan olan üst geyiminin qiyməti nə az nə də çox 3100 dollar ( 5 270 AZN) olduğu ortaya çıxıb.  

Digər tərəfdən  Putinin "Mercedes” markalı avtomobili idarə etdiyi görünüb. Putini tənqid edən bəzi sosial media istifadəçiləri "Niyə Almaniya istehsalı olan "Mercedes” əvəzinə Rusiya istehsalı olan avtomobildən istifadə etmir?” şərhini yazıb.