Gündəm / Cəmiyyət / Foto

Vüqar Kərimovun qırmızı və “qıp-qırmızı” kitabları

Vüqar Kərimovun qırmızı və

Oxucularımıza bir neçə gün öncə təqdim etdiyimiz "Nazir müavini Vüqar Kərimovun qeyri-peşəkar kadrları meşələri qırıb-çatırlar” sərlövhəli məqaləmizdə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Talıstan-Basqal meşəbəyliyinin Zərnava kəndi ətrafında meşələr qırılmasından, yeşik sexlərində 65 sm standart ölçüdə doğrandığından söz açmışdıq.
 
Gözünüz aydın olsun, təbiətsevərlər! Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Zərnava ətrafında yoxlamaya gedən qrup "araşdırıb” belə nəticə çıxarıb ki, qırılan meşələr bələdiyyə ərazisindəkilərdir (?) Maraqlıdır, təkcə bizim redaksiyanın aşkarladığı "yaşıl soyqırım” faktlarının böyük əksəriyyəti bələdiyyə meşələrində baş verdiyi deyilib. Elə təsəvvür yaranır ki, sanki ölkədə bütün meşələr bələdiyyə mülkiyyətində olan torpaqlarda bitən ağaclar imiş, daha dövlət meşə fondunda heç bir resurs yox imiş. Bəs görəsən, Şamaxı RMTM-nin nəzarətində olan İsmayıllı rayonunun Tircan kəndi ətrafında cavan meşələr doğranaraq kömürçülərə satılmasına nə deyəcəklər?

Vüqar Kərimovun qırmızı və
Vüqar Kərimovun qırmızı və


Nazir müavini, "Azərbaycanın qırmızı kitabı”nın müəlliflərindən olan Vüqar Kərimovun "qıp-qırmızı kitabı”na düşərək "xeyir-duası” ilə işləyən Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalıb Həsənovun ağacların cinsini belə tanımadığını yazmışdıq. Sən demə, Qalib Həsənovun ağaclardan başı çıxmasa da, heyvanlardan yaxşı anlayışı varmış. Bildirilir ki, rayonun Mirasəfli kəndi ətrafındakı meşə fondunda bir neçə mal-qara ferması var.

Vüqar Kərimovun qırmızı və
Vüqar Kərimovun qırmızı və
Vüqar Kərimovun qırmızı və

Mövzuya qayıdacağıq.
İbrahim Hümbətov