Dekabrın 1-də Rusiyanın Samara vilayətində istismardan çıxarılan gəmi 200 kv.m sahədə yanıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiyanın təcili yardım xidmətlərindən məlumat verilib.

Yanğın "Nefteflot" QSC-nin gəmiqayırma zavodunun ərazisində baş verib. 

İlkin məlumata görə, itki yoxdur. Yanğının səbəbi dəqiqləşdirilməyib.