Gündəm / İdman

DÇ-2022: İrana qalib gələn ABŞ yığması 1/8 finalda Niderlandla qarşılaşacaq

DÇ-2022: İrana qalib gələn ABŞ yığması 1/8 finalda Niderlandla qarşılaşacaq


Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub.

"Report"un məlumatına görə, amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb.

Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.