Gündəm / Cəmiyyət / Sosial / Video

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO


Ey gidi dünya...
Yağışın-qarın altında döyüşüb, respublikanın düşmən tapdağında olan 20% torpağını düşməndən azad edib bayrağını sancan kim, kameralar qarşısında erməni bayrağını yumruqla cırıb, şou göstərən kim. Yəni cəfasını kimlər çəkdi, səfasını kimlər sürür...

Torpağı geri almaq üçün qanını tərinə qatıb döyüşən oğullara, o zamanlar övladını, kürəkənini gizlədən məmurların indi 2-3 sot haqqı olan pay torpağı verməyə əlləri gəlmir. Yaxud, ölkə başçısının bu barədəki xüsusi tapşırığına baxmayaraq, bir işlə təmin etməyə belə xəsislik edirlər.

44 günlük müharibənin fəsadları iki ildir nəinki bitmir, hələ hər gün daha da artır sanki.
Hər gün hər hansı sosial mediya, yaxud sosial şəbəkələrdə müharibə iştirakçıları ya torpaq problemindən, ya da işsizlikdən gileylənirlər.

Statistika işsizlik səviyyəsinin 5 %-ə qədər azaldığını deyir.
Bəs kimlərdir o, 95% çalışanlar?

Bütün bölgələrdən "DogruXeber.az"a, "Kanal14"ə, həmçinin digər müstəqil mediyalara işsizlikdən və rayon rəhbərliyindən narazı vətəndaşlar, Qarabağ veteranları və sair şəxslər olur. Lakin, elə vətəndaşların özlərinin verdikləri məlumatlarda aydın görünür ki, çalışan şəxslərin əksəriyyəti məmur qohumları, qalanları isə rüşvət vermək iqtidarında olan şəxslərdir.

Qazax rayon sakini Məzahir Əliyev "Kanal14"ün efirində yayımlanan "Kamalın zamanı" proqramı canlı yayımda rayonda işləmək üçün kimlərin qohumu olmağın "vacibliyini" vurğulayıb.

İşsizlik demişkən, 28.11.2022-ci il tarixində "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Daşkəsən rayon Əmirvar kənd sakini, eyni zamanda Vətən müharibəsi iştirakçısı, bir neçə medal sahibi Hüseynli Səyyab da işsizlikdən və bugünə qədər pay torpağı ala bilmədiyindən gileylənib və vurğulayıb ki, bunlara sahib olması üçün kənd İcra nümayəndəsi Rüfət Bədəlov ondan rüşvət tələb edir.

Ətraflı videoda:



Torpağı vətən edən oğulları vətəndən narazı salmaq üçün vəsifə səlahiyyətlərindən istifadə edən hər kəs bu vətənin, bu xalqın düşməni deyilmi sizcə ?!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az