Gündəm / Cəmiyyət

MÜŞTƏRİ “KONTAKT HOME”UN QARA CÜMƏ FIRILDAĞINI FAŞ ETDİ – FOTO

MÜŞTƏRİ

"Kontakt.az Black Friday adı ilə guya endirim edir vətəndaşları aldadır.

Tribuninfo.az xəbər verir ki, bu barədə vətəndaş Könül Əli sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, Kontakt.az "Qara cümə” endirimi adıyla saxta kampaniya başladıb:

"Mağazanın saytında 599 manatlıq televizoru 299 manata qoyublar. Elandan o qənaətə gəlinir ki, televizor yarı qiymətinə və 18 aylıq faizsiz kreditlə verilir. Ancaq bu biur tələdir. Bu gün endirimlə bağlı "Kontakt Home” mağazasına yaxınlaşıblar. Aydın olub ki, əslində Sədərəkdə 260 manata olan televizor bu mağazalarda nəğd alışda 299 manatadır. Kreditlə götürəcəyiniz təqdirdə isə 599 manatdır. Bəs, hanı sizin 18 aylıq faizsiz kreditini?.

Mağazanın cavabı isə belədir ki, "endirimə” düşən televizor 18 aylıq faizsiz kreditlə 599 manatadır”.