Ötən ilin iyununda koronavirusdan vəfat edən rusiyalı milyarder Oleq Burlakovun sərvəti üstündə münaqişə yaranıb. 

"Kanal14.az" "Kommersant" nəşrinə istinadən xəbər verir ki, nərhumun  2,7 milyard dollar dəyərində olan sərvətini arvadı və uşaqları, digər tərəfdən isə bacısı və onun həyat yoldaşı bölüşdürə bilməyib.


Moskva məhkəməsi milyarderin övladlarını mirasdan məhrum edib və hər şeyi mərhumun bacısına və onun ərinə verib. Bu barədə Moskvanın Lyublinski rayon məhkəməsi qərar verib.

Belə ki, məhkəmə mirası sahibkarın qızları Yelena və Veronikaya, eləcə də iş adamının ölümü zamanı boşanma prosesində olduğu həyat yoldaşı Lyudmilaya verməyib. Hər şey Burlakovun bacısı Vera Kazakova və mərhumun iş ortağı olan əri Nikolaya verilib.

Milyarderin 106 metrlik yelkənli "Black Pearl" yaxtası da bacısına verilib.