Ağdam rayonunda ana və qızı itkin düşüb.

"Kanal14.az" xəbər verir ki, hadisə rayonun Mirəşelli kəndində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Təhminə Ağayeva övladı 2017-ci il təvəllüdlü Ayla  Ağayeva ilə yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır.