"Twitter”i satın alan məşhur milyarder İlon Mask şirkətin işçilərindən ağır işlərə sadiq qalmalarını və ya əks təqdirdə işdən çıxmalarını istəyib.

"Kanal14.az" xəbər verir ki, "Twitter" əməkdaşlarına göndərilən e-poçta görə, Mask şirkətdəki yeni prosesdə qeyri-adi performansa ehtiyac olduğuna diqqət çəkib.


"Gələcəkdə, təməlqoyma "Twitter 2.0" yaratmaq və getdikcə daha rəqabətli bir dünyada uğur qazanmaq üçün son dərəcə sərt olmalıyıq. Bu, yüksək intensivlikdə uzun saatlarla işləmək deməkdir", -deyə Mask sözügedən e-poçtda yazıb.

Yeni "Twitter"in bir hissəsi olmaq istəyən işçilərdən cümə axşamı Nyu-York vaxtı ilə saat 17:00-a qədər e-poçta əlavə edilmiş linkə klikləmələri istənilib. 

Mask həmçinin əlavə edib: "Nə qərar versəniz, "Twitter"i uğur qazanmaq üçün göstərdiyiniz səylərə görə təşəkkür edirik".