Gündəm / Cəmiyyət

Naxçıvandan qanunsuz olaraq ehtiyata buraxılmış bir hərbçi nə yazır? - Kərəm, səni deyirlər, səni deyirlər

Naxçıvandan qanunsuz olaraq ehtiyata buraxılmış bir hərbçi nə yazır? - Kərəm, səni deyirlər, səni deyirlər

Naxşıvanda ehtiyata buraxılmasının qanunsuz olduğunu iddia edən zabit jurnalist Heydər Oğuza şikayət məktubu ünvanlayıb. Zabitin şikayətini təqdim edirik:
Naxçıvandan qanunsuz olaraq ehtiyata buraxılmış bir hərbçi yazır:
Salam, Heydər müəllim. Mən ehtiyatda olan hərbçiyəm, Şahbuz rayon sakiniyəm. 18 il 6 ay Az. Res. Silahlı qüvvələrində gizir kimi xidmət etmişəm. Naxçıvanda şəxsi avtomobil idarə etdiyimə görə 2015-ci ildə Culfa N saylı hərbi hissəyə göndərdilər, bir ay sonra məni xidmətə uyğunsuzluq maddəsilə ehtiyata buraxdılar, xidməti dövrümdə bir çox medallarla, hətta qüsursuz xidmətlərə görə medalla, müxtəlif fəxri fərmanlar və qiymətli hədiyələrlə təltif olunmuşam. Ehtiyata buraxıldıqdan sonra hara müraciət etdimsə xeyri olmadı, Müdafiə nazirinin elə bir əmr və sərəncamı yoxdur ki, hərbi qulluqçu şəxsi avtomobil idarə edə bilməz, bu, yalnız Naxçıvanda Kərəm Mustafayev tərəfindən verilmiş bir əmirdir. Bu barədə Naxçıvan MR-sı İnzibati İqtisadi məhkəməyə müraciət etdim, hakim işlə tanış olduqdan sonra mənə bildirdi ki sənin elə bir səhvin yoxdu və söz verdi ki, bərpa olunacaqsan hərbi xidmətə. 6 ay məhkəmə prosesi davam etdi, axırıncı prosesdə Kərəm Mustafayevin müavini hakimin yanına getdi, nəsə danışdılar, bir az sonra hakim məni çağırıb bildirdi ki, səni işinə bərpa eləsəm məni işdən çıxararlar.
Hakimin adı Faiqdir, soyadını unutmuşam. Sizdən xahiş edirəm Kanal 13-də çıxınış zamanı bu məsələni də işıqlandırasınız.
Şikayətdə toxunulan iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!//Teref.az